Sesk Fabreqas Barselonaya qayıdır

22.07.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Sesk Fabreqas avqustun 10-da oynanılacaq Joan Qamper kubokunda "Barselona"nın rəqibi olacaq.

Oxu.Az xəbər verir ki, "Barselona"nın budəfəki rəqibi "Komo" olacaq. İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas doğma şəhərinə qayıdacaq.

Qeyd edək ki, Fabreqas 6 il "Barselona" akademiyasında, 3 il isə əsas komandada çıxış edib.

Əlavə edək ki, Joan Qamper katalon klubunun yaradıcısıdır. Turnir 1966-cı ildən bəri keçirilir. Bu il turnir 60-cı dəfə keçiriləcək.

"Blauqrana" bu kuboku 46 dəfə qazanıb.

Qeyd edək ki, turnirin son qalibi "Monako" olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью