Sesk Fabreqas “İnter”ə başçılıq etməyə razılaşdı KİV

05.06.2025

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Simone İnzaqi komandadan ayrıldıqdan sonra “Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya “İnter”inə baş məşqçi təyin olunmağa yaxındır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Santi Auna sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, ispaniyalı mütəxəssis UEFA Çempionlar Liqasının finalçılarının təklifini qəbul edib və müqavilə imzalamağa hazırdır.
Mənbənin məlumatına görə, Fabreqasın “İnter”lə şəxsi müqaviləsinin bütün detalları razılaşdırılıb. Klub yalnız Komo ilə məşqçiyə veriləcək təzminatın məbləğini razılaşdırmalıdır.
Xatırladaq ki, daha əvvəl “İnter”in baş məşqçisi Simone İnzaqinin klubu tərk etdiyi açıqlanıb. 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью