Sesk Fabreqasdan Real Madrid etirafı: Tarixi layihə üçün rəsmi qərar

01.06.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İtaliyanın "Komo" klubunda nümayiş etdirdiyi uğurlu məşqçilik performansı ilə diqqətləri üzərinə çəkən Sesk Fabreqasın gələcək karyerası ilə bağlı iddialar yayılmaqdadır.

Fanat.Az "SPORT" nəşrinə istinadən xəbər verir ki, gənc mütəxəssisin uzunmüddətli əsas hədəfi və xəyalı bir gün mütləq "Real Madrid"in baş məşqçisi postuna keçməkdir.

İspaniya nəhənginin rəhbərliyi də Fabreqasın İtaliyadakı işini böyük rəğbətlə izləyir və onu gələcəyin əsas baş məşqçi namizədlərindən biri kimi siyahıda saxlayır.

Lakin gənc çalışdırıcı hazırda klubundakı layihəsinə tam fokuslandığını bəyan edərək, bu yay gələn təkliflərə baxmayaraq İtaliyanı tərk etməyi qətiyyən düşünmür.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью