Şeşko: “Pokatilovun irəli çıxdığını gördüm və …”

11.09.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Benjamin Şeşko UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, sloveniyalı futbolçu vurduğu qol epizodunu və matç haqqında təəssüratlarını belə şərh edib:

– Bu nəticə hər kəs, xüsusilə də azarkeşlərimiz üçün mükəmməl oldu. Onlar çoxlu qol görəndə sevinirlər. Ümumiyyətlə, əldə etdiyimiz qələbə komandamız üçün də çox vacib idi və qarşıdakı matçlar öncəsi bizə əlavə motivasiya verdi. Vurduğum qola gəlincə, “Sabah”ın qapıçısı Stas Pokatilovun irəli çıxdığını gördüm və zərbə endirmək üçün əlverişli fürsət yarandı. Ona görə də toru silkələmək bir qədər asanlaşdı. Fərqləndiyim üçün çox xoşbəxtəm.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью