Şeşko yenidən zədələndi MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ

22.09.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko yenidən zədələnib.

Apasport.az xəbər verir ki, 23 yaşlı sloveniyalı forvardın baldır nahiyəsində problem yaranıb.

Şeşko eyni zədə səbəbindən mövsümlərarası hazırlıq prosesinin bir hissəsini də buraxmışdı. Futbolçunun tam bərpası üçün müəyyən müddətə ehtiyac olduğu bildirilir.

“Mançester Yunayted” hücumçunun əlavə tibbi müayinələrinin nəticələrini gözləyir. Bundan sonra onun müalicə və bərpa proqramı müəyyənləşdiriləcək.

Şeşko zədə səbəbindən Sloveniya millisinin düşərgəsini də tərk edib.

Qeyd edək ki, “Mançester Yunayted” növbəti oyununu oktyabrın 10-da “Tottenhem”ə qarşı keçirəcək. Şeşkonun həmin matçda iştirak edib-etməyəcəyi əlavə müayinələrdən sonra dəqiqləşəcək.
 

De la Fuente millidə qaldı - RƏSMİ Brobbidən tarixi het-trik – 19 ildən sonra ilk "Fənərbaxça" onun istefasına SƏBƏB OLDU Messi 930-a çatdı – 75-ci cərimə zərbəsi qolu - VİDEO “Portu” “Benfika”nı belə məğlub etdi - VİDEO
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью