Səsküy ürək xəstəliklərinin səbəbi ola bilər

15.11.2024

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müxtəlif ölkələrdə yüksək səsin insan sağlamlığına təsiri ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

Məlum olub ki, evdə və iş yerində güclü səs-küy insanın eşitmə qabiliyyətinin pozulmasına, nevrotik və s. pozulmalara səbəb olur.

Araşdırmalardan biri göstərib ki, daim səs-küylü şəraitdə yaşayan və ya işləyən insanlarda hipertoniya (yüksək təzyiq) və ürəyin işemik xəstəliyinin inkişafı riski yüksək olur.

Mütəxəssislər evdə və iş yerində səs-küyün səviyyəsini daim kontrol etməyi, lazım olduqda xüsusi vasitələrdən (qulaqcıqlarda və s.) istifadə etməyi tövsiyı edirlər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью