Səslərin 96% i sayıldı: Paşinyan kürsüsünü itirə bilər

08.06.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Ermənistanda parlament seçkilərində səslərin təxminən 96%-i hesablanıb və nəticələr açıqlanıb.

Modern.az Ermənistanda Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, 1 924 seçki məntəqəsində 1 milyon 394 min 682 bülletenin hesablanmasının nəticələrinə görə siyasi qüvvələrin topladığı səslər belədir:

- "Vətəndaş Müqaviləsi" Partiyası — 50,04% (689 675 səs)

- "Güclü Ermənistan" Bloku — 23,33% (321 597 səs)

- "Ermənistan" Bloku — 9,85% (135 808 səs)

- "Çiçəklənən Ermənistan" Partiyası — 3,98% (54 900 səs)

- "Birliyin Qanadları" Partiyası — 2,28% (31 465 səs)

- "Demokratiya, Qanun və İntizam" Partiyası — 1,81% (24 981 səs)

- Ermənistan Meritokratiya Partiyası — 2,07% (28 590 səs)

- "Hamısına Qarşı" Partiyası — 1,46% (20 064 səs)

- "Yeni Güc" Partiyası — 1,72% (23 696 səs)

Digər siyasi qüvvələrin hər biri 1 faizdən az səs toplayıb.

MSK-nın məlumatına görə, seçkilərdə 1 milyon 476 min 597 seçici iştirak edib ki, bu da səsvermə hüququ olan vətəndaşların 58,97 faizinə bərabərdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью