Səslərin ətri adlı ecazkar musiqi gecəsi baş tutdu FOTO

10.06.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Parfum des voix" (" Səslərin ətri" ) adlı ecazkar musiqi gecəsi baş tutdu.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Daniil Kirillov` un (piano) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontratenor) öz mahiranə ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

Proqramda G.Rossini, V.Bellini, G.Verdi, G.Bizet, J.Massenet, G.Fauré, E.Chausson`un əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью