Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir: Avrasiyanın düz ortasında, Qafqazın ətəklərindən tutmuş Yakutiyanın sərt çöllərinədək uzanan torpaqlarda hələ də çoxsəsli bir simfoniya eşidilir.
Bu - türk dillərinin səsi, qədim imperiyaların, köçəri sivilizasiyaların, Qızıl Ordanın və müstəqil xanlıqların canlı yadigarıdır.
Kazanın, Ufanın, Yakutiyanın, Çərkəsin, Mahaçqalının və Simferopolun səslərdir bunlar.
Amma bu gün həmin simfoniya asta-asta kəsilir, dövlət standartının yeknəsəq gurultusu altında boğulur.
Onun ahəngi biganəliyin, anlaşılmazlığın və əsrlərdir davam edən məqsədli siyasətin divarına dəyib qırılır.
Bu, təbii təkamülün hekayəti deyil. Bu, sistemli linqvitsidin tarixidir.
Hekayə odur ki, imperiya maşını adını dəyişsə də mahiyyətini dəyişməyib, ardıcıl şəkildə xalqların doğma dilini ictimai məkandan, təhsil sistemindən və insanların yaddaşından sıxışdırıb çıxarır.