News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kamala Harris və Donald Trampın rəqabət apardığı ABŞ prezident seçkilərində səsvermə başlayıb.News24.az xəbər verir ki, Demokrat namizəd Kamala Harris səsvermə prosesi başlayandan sonra X sosial media hesabında paylaşım edib.Harris yazıb: "Seçki günü gəldi.
Biz bu gün səs veririk, çünki ölkəmizi sevirik və Amerikanın vədlərinə inanırıq".Ölkənin şərqində seçki məntəqələri açılmağa başlayıb və seçicilər ilk səslərini verməyə başlayıblar.Konnektikut, İndiana, Kentukki, Men, Nyu-Cersi, Nyu-York və Virciniya ştatlarında seçicilər seçki məntəqələrinə gedirlər.Daha əvvəl Vermont və Nyu-Hempşirdə seçki məntəqələri açılıb.Günel Məlikzadə Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.