Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin qarşılıqlı ticarət zamanı milli valyutalardan istifadəyə üstünlük verməsi dollar və avrodan asılılığı azaldır.
Newscenter.az pravda.ru-ya istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının İqtisadi Siyasət Komitəsi sədrinin birinci müavini Nikolay Arefyev deyib. O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı daxilində milli valyutalarla hesablaşmalara keçid Qərb maliyyə infrastrukturuna girişin bloklanmasına zəruri cavab idi.
Arefyev qeyd edib ki, ABŞ və Aİ-nin birbaşa təzyiqi altında olmayan tərəfdaşlar üçün bu model həmişə optimal deyil. Çünki onlar Qərb texnologiyalarından və mallarından yüksək asılılıqdadırlar. Bu fonda Moskva alternativ ödəniş kanalları vasitəsilə vəsaitlərin hərəkətini sadələşdirmək üçün fəal şəkildə yollar axtarır.
Onun sözlərinə görə, ixrac-idxal əməliyyatlarındakı disbalans yeni maliyyə reallığının əsas problemi kimi müəyyən olunub:
"Rusiya neft satışından xeyli miqdarda yuan və ya rupi alır, lakin onların istifadəsi ŞƏT ölkələrinin təklif edə biləcəyi malların çeşidi ilə məhdudlaşır. Nəticədə, qızıl və valyuta ehtiyatlarında artıq yumşaq valyutalar toplanır və bu, lazımi avadanlıqların alınmasına tez bir zamanda xərclənə bilmir. Əmanətlərin strukturundakı mövcud dəyişikliklər göstərir ki, Avrasiya oyunçuları vəsaitlərin bloklanmasından qorunmaq üçün əmanət strukturlarını dəyişdirirlər" .
Deputat əlavə edib ki, milli valyutalara keçid ikinci dərəcəli sanksiyalara qarşı davamlılığı təmin edir. Çünki bu cür əməliyyatlar Qərb müxbir banklarından keçmir.
Anar