ŞƏT in Narkotiklərlə Mübarizə Mərkəzi yaradılacaq

01.10.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Rusiyanın Baş prokuroru Aleksandr Qutsan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxilində yeni strukturların, Təhlükəsizlik Çətinlikləri və Təhdidləri ilə Mübarizə üzrə Universal Mərkəz, eləcə də Narkotiklərlə Mübarizə Mərkəzinin yaradılmasını zəruri hesab edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, o, bunu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının Kazanda keçirilən 24-cü iclasından sonra ŞƏT-in baş katibi Nurlan Yermekbayevlə görüşündə bildirib.
O, görüşdə informasiya texnologiyaları sahəsində cinayətlərlə mübarizədə əməkdaşlıqla bağlı qərarların qəbul edildiyini xatırladıb.
"Biz razılaşmaların həyata keçirilməsini və müvafiq departamentlər arasında müntəzəm qarşılıqlı əlaqəni təmin edəcəyik. Bunun üçün Daşkənddə Universal Mərkəzin və Düşənbədə ŞƏT Dövlət Başçıları Şurasının qərarı ilə yaradılan Narkotiklərlə Mübarizə Mərkəzinin fəaliyyətə başlaması ilə əlavə imkanlar görürük", - deyə Qutsan qeyd edib.
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью