ŞƏT sammiti Türk dünyasının nüfuzunu da nümayiş etdirdi

02.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirmək, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluğun sarsılmazlığını göstərmək üçün növbəti “fürsət pəncərəsi” olub.

Bu fikirləri Türkiyənin Kayseri Univer­sitetinin rektoru, professor Kurtuluş Kara­mustafa mediaya müsahibəsində deyib. O, ŞƏT-i gələcək dünya nizamının formalaş­dırılması üçün mühüm dialoq platforması adlandırıb. “Pekindən Moskva, Yeni Dehli və İslamabada qədər uzanan ŞƏT məka­nında dünya əhalisinin 40 faizədək hissəsi yaşayır və dünya iqtisadiyyatının mühüm bir hissəsi burada cəmləşib. Bu platforma sadəcə əməkdaşlıq formatı deyil, həm də qlobal proseslərin mərkəzidir”, – deyə rek­tor qeyd edib.

Rektorun sözlərinə görə, Prezident Rə­cəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Tür­kiyə geosiyasi şahmat taxtasında üzərinə düşən tarixi məsuliyyəti dərk edir. Prezi­dent Ərdoğanın uzaqgörən və qətiyyətli rəhbərliyi sayəsində Ankara təkcə öz regi­onunda deyil, qlobal miqyasda da oyunun qaydalarını dəyişmək iqtidarında olan və qəbul edilən güc mərkəzlərindən biri hesab olunur.

K.Karamustafa Ankaranın dost ölkələr üçün güclü tərəfdaş, rəqibləri üçün isə “çəkindirmə amili” olduğunu vurğulayıb: “Türkiyənin Türk dünyası ilə yaxınlaşma siyasətində ən mühüm halqa dost Azərbay­candır. Prezident İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, həm də Avrasiyanın taleyini müəy­yən edən aktordur. 44 günlük müharibədə Qələbədən sonra regionda yaranmış yeni geosiyasi reallıq təkcə tarixi ədalətin bərqə­rar olmasının göstəricisinə deyil, həm də məzlum xalqlar üçün ümidə çevrilib”.

Rektor ŞƏT ölkələrini Avropa və Ara­lıq dənizi regionu ilə birləşdirən Orta Dəh­lizin təməl daşının Azərbaycan olduğunu bildirib və Zəngəzur dəhlizinin strateji əhə­miyyətini vurğulayıb.

O, qeyd edib ki, Ankara və Bakı arasın­dakı “Bir millət, iki dövlət” kəlamına əsas­lanan qarşılıqlı fəaliyyət, o cümlədən nəq­liyyat və enerji layihələri vasitəsilə Türk dünyasının konsolidasiyasına töhfə vermək üçün böyük potensiala malikdir: “Şübhəsiz ki, Bişkekdə keçirilən ŞƏT sammiti regi­onal təhlükəsizliyi gücləndirəcək, Avrasi­yanın layiq olduğu daha ədalətli dünyanın qurulmasına stimul verəcək. Türkiyə və Azərbaycanın sarsılmaz həmrəyliyi isə bu məqsədə nail olunmasına töhfə olaraq qa­lır”.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью