ŞƏT Zirvə Görüşündə 28 sənəd imzalandı

01.09.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qırğızıstanın ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclası Bişkek Bəyannaməsinin qəbul edilməsi və 28 sənədin imzalanması ilə başa çatdı.

Turkustan.az xəbər verir ki, Qırğızıstanın sədrliyi ilə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası başa çatdı. Prezident Sadır Japarovun sədrliyi ilə İris Ordo Konqres Mərkəzində keçirilən zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən 28 sənəd imzalandı.
“ŞƏT-in 25 ili: Davamlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarı altında keçirilən görüşün sonunda təşkilatın yaradılmasının 25-ci ildönümünü simvolizə edən “25 illik yubileylə bağlı Bişkek Bəyannaməsi” qəbul edildi. Bəyannamədə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, davamlı inkişaf və ortaq vizyonla bağlı öhdəliklər yer alırdı.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью