SƏTƏM rəhbəri: bp də əməyin mühafizəsi heç bir halda güzəşt vasitəsi olmayacaq

28.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 28 aprel, AZƏRTAC

bp 1992-ci ildən fəaliyyət göstərir və bu illər ərzində əməyin mühafizəsi şirkətin prioritet məsələsi olub. Bu sahədə yüksək standartların qorunub saxlanılması əsas hədəflərdən biridir. Bunun üçün bizdə əməliyyatları idarəetmə sistemi var. Biz bu idarəetmə sistemi vasitəsilə gündəlik istədiyimiz işi daha təhlükəsiz, qaydalara uyğun idarə edə bilirik.

AZƏRTAC xəbər verir ki, bunu bp-nin Səngəçal terminalının Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin Mühafizəsi (SƏTƏM) üzrə rəhbəri İdrak Nəzərov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransın “Əməyin mühafizəsi: reallıqlar və trendlər” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

İ.Nəzərov bildirib ki, bp-də əməyin mühafizəsi heç bir halda güzəşt vasitəsi olmayacaq: “Əməyin mühafizəsinin önəmini qəbul edərək onun əhəmiyyətini önə çəkirik. bp olaraq “Biz necə etməliyik ki, istehsal sahələrimiz insanyönümlü olsun, əlavə risklərə səbəb ola biləcək nəticəyə gətirib çıxarmasın?”, düşüncəsi daim diqqətimizdədir. Xəzər dənizində olan “Azəri-Mərkəzi-Şərqi” platformamız uzaqdan idarəetmə sistemi ilə təchiz olunub”, - deyə İdrak Nəzərov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью