Setfikasıyadan kəsilənlərin yenidən təhsil prosesinə qaytarılması düzgün deyil EKSPERT | I…
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib.Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.O qeyd edib ki, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq.Qeyd edək ki, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika üzrə, 2026-cı ildə isə tarix, texnologiya, təsviri incəsənət ve fiziki tərbiyə üzrə sertifikatlaşdırılmanın birinci mərhələsi keçiriləcək.Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, sertifikasiya prosesindən təxminən 5300 müəllim keçə bilməyib:“Təəssüf ki, bu acınacaqlı vəziyyətdir.
Ümumiyyətlə, bu məsələyə bir az humanist yanaşmaq təhsil adına bir növ ləkə gətirər.
Biz 5300 şəxsin prosesdən kənarda qalmasını düşünəcəyiksə, bu, minlərlə şagirdin də doğru düzgün təhsil almamasına gətirib çıxaracaq.
Onlara iki dəfə şans verilir. Birinci cəhddə iştirak edərək sertifikasiya müsabiqə şərtini ödədisə, əlbəttə ki, onların əmək fəaliyyətini da
Yox, müsabiqə şərtini ödəmədisə, yəni ən azı 30 bal toplaya bilmədisə avtomatik olaraq ikinci şansa imkan yaradılır.
Bir il sonra təkrar sertifikasiyada iştirak etmək hüququ qazanırlar.
Bu şansı dəyərləndirə bilmədikləri zaman artıq həmin şəxslərin prosesdə saxlanılması doğru deyil. Çünki primitiv qaydada suallar var orada.
Tam oxu
Xəbəri oxu