Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda fəaliyyət göstərən "SetNet" internet provayderinin müştəriləri aldadaraq şəbəkəyə qoşması və daha sonra qiymətləri bir tərəfli qaydada qaldırması ilə bağlı kütləvi narazılıq yaranıb.
“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı "Facebook" sosial şəbəkəsindəki "Müştəriyəm, şikayətim var" qrupunda şikayət postu və provayder tərəfindən göndərilən bildiriş mesajı paylaşılıb.
Şikayətçinin bildirdiyinə görə, o, əvvəllər "Azəronline" şəbəkəsindən istifadə edərək ayda 25 manat ödəyib. Lakin "SetNet" əməkdaşları ünvana gələrək öz xidmətlərini təklif edib və aylıq ödənişin cəmi 15 manat olacağını bildiriblər. Şirkət nümayəndələri bu qiymətin müvəqqəti kampaniya xarakteri daşıdığı barədə abunəçiyə heç bir xəbərdarlıq etməyiblər. Dördpendirli pizza
Xidmətə qoşulduqdan cəmi bir ay sonra abunəçilərin telefonuna "SetNet" adından rəsmi mesaj daxil olub. Bildirişdə "güzəştli kampaniyanın" 15.10.2026-cı il tarixindən etibarən ləğv edildiyi və minimal aylıq ödənişin 100 Mbit/s sürət üçün 25 AZN olaraq müəyyənləşdirildiyi qeyd olunub.