Səudiyyə Ərəbistanı 4cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək AZƏRTAC

14.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 14 yanvar, AZƏRTAC

Fevralın 19-dan 21-dək Ər-Riyad şəhərində 4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək.

AZƏRTAC forumun saytına istinadla xəbər verir ki, media sektorunda qlobal çağırışlar və onlara adekvat cavab vermək imkanları, müasir media iqtisadiyyatı, inkişaf etmiş rəqəmsal mühitdə media iqtisadiyyatının dinamikasının və böyümə, davamlılıq strategiyalarının təhlili məsələləri diqqət mərkəzində olacaq. Tədbirdə, həmçinin gələcək media mənzərəsinin proqnozlaşdırılması yolları və yaradıcı istedadların bu sektorun yenidən formalaşdırılmasında rolu müzakirə olunacaq.

Forumun çərçivəsində Yaxın Şərqin ən böyük media sərgisi olan Medianın Gələcəyi Sərgisi (FOMEX) təşkil olunacaq. Sərgidə dünyanın böyük media və texnologiya şirkətləri yeni innovasiyalarını təqdim edəcəklər. Ötən ilki sərgidə 30 dövlətdən 200-ə yaxın şirkət iştirak edib.

Forum çərçivəsində Səudiyyə Ərəbistanı Media Forumu Mükafatı sahiblərinə təqdim ediləcək. Mükafat media məzmunu yaradılmasında fərqlənənlərə verilir.

Qeyd edək ki, 3-cü Media Forumu çərçivəsində keçirilən 80-dən çox panel iclasında, ümumilikdə, 200-dən çox qurumun rəhbərləri və nümayəndələri, 2000-dən çox natiq və media nümayəndəsi iştirak edib. Sərgi ziyarətçilərinin sayı isə 32 mindən çox olub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью