Səudiyyə Ərəbistanı 6 iranlını EDAM ETDİ

02.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanı 6 İran vətəndaşını edam edib.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, sözügedən şəxslər Səudiyyə Ərəbistanına marixuana keçirməyə cəhd edərkən həbs ediliblər.
Nazirliyin bəyanatına görə, şərq bölgəsində məhkəmə prosesinin bütün mərhələləri başa çatdıqdan sonra edam qərarları icra olunub.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью