Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton, 18 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin ABŞ-a yatırdığı investisiyanı 600 milyard dollardan bir trilyon dollara çatdıracağını elan edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib.
Tramp isə ABŞ-a 600 milyard dollardan çox investisiya qoymaqla bağlı qərara görə Səudiyyə Ərəbistanı şahzadəsinə təşəkkür edib. Dövlət başçısı bunun ölkədə yeni iş yeri imkanları yaradacağını əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton