Səudiyyə Ərəbistanı ABŞ ın İrana zərbə endirməsindən narahat olduğunu bildirib

22.06.2025

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin mətbuat xidməti nüvə obyektlərinə endirilən zərbələrdən sonra İrandakı vəziyyəti narahatlıqla izlədiyini bildirib.

Bu barədə XİN-in mətbuat xidməti X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Bəyanatda deyilir: “Səudiyyə Ərəbistanı Krallığı İran İslam Respublikasında baş verən hadisələri, xüsusən də İranın nüvə obyektlərinə ABŞ tərəfindən həyata keçirilən hücumları dərin narahatlıqla izləyir.

İyunun 22-də ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə uğurlu hücumu həyata keçirdiyini açıqlayıb.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью