Səudiyyə Ərəbistanı Amerikaya 600 milyard dollar sərmayə qoyacaq

23.01.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin yaxın 4 ildə ABŞ-yə 600 milyard dollar sərmayə qoymaq istədiyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” agentliyi məlumat yayıb.

Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Səudiyyə Krallığının yaxın 4 il ərzində ABŞ-yə 600 milyard dollar sərmayə qoymaq istədiyini bildirib. 

O, əlavə imkanlar yaranarsa, bu rəqəmi artıra biləcəyini də vurğulayıb. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Trampın ilk prezidentliyi dövründə ABŞ-yə 450 milyard dollar pul köçürüb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью