Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının Nazirlər Kabineti Kral Əbdüləziz adına Fondun İdarə Heyətinin sədrinə və ya onun səlahiyyətli nümayəndəsinə Fondla Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu arasında elmi sahədə əməkdaşlığa dair anlaşma memorandumunun layihəsi üzrə Azərbaycan tərəfi ilə danışıqlar aparmaq və sənədi imzalamaq səlahiyyəti verilməsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri əmir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.