Səudiyyə Ərəbistanı BMT TŞ nın husilərin hücumlarını pisləməsini alqışlayıb

16.10.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının husilərin Krallığa qarşı hücumlarını, o cümlədən mülki obyektlərə, hava limanlarına və enerji infrastrukturuna zərbələrini, eləcə də Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçiliyə qarşı davam edən təhdidləri pisləməsini alqışlayıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

“Biz Təhlükəsizlik Şurasının husilərin silah əldə etməsinin qarşısını almaq üçün əməkdaşlıq çağırışının əhəmiyyətini vurğulayırıq”, –bəyanatda bildirilib.

Həmçinin mülki şəxsləri hədəf alan hücumlara qarşı mübarizədə Təhlükəsizlik Şurasının həmrəyliyi yüksək qiymətləndirilib.

BMT Təhlükəsizlik Şurasının üzvləri husilərin Səudiyyə Ərəbistanına qarşı intensivləşən hücumlarını ən sərt şəkildə pisləyib və Krallığın özünümüdafiə ilə bağlı ayrılmaz hüququnu təsdiqləyiblər. Bəyanatda bu ay Ər-Riyadın əsas hava limanına endirilən və insan tələfatına səbəb olan zərbələr xüsusi vurğulanıb.

Şura üzvləri oktyabrın 10-u və 11-də Kral Xalid Beynəlxalq Hava Limanını hədəf alan, 14 nəfərin ölümünə, 300-dən çox insanın yaralanmasına səbəb olan “məsuliyyətsiz zərbələri” pisləyiblər.

Koalisiyanın sözçüsü, general-mayor Turki əl-Maliki cümə axşamı bildirib ki, İranın dəstəklədiyi husilər oktyabrın 1-dən bəri Kral Xalid Beynəlxalq Hava Limanına 20 hücum həyata keçiriblər.

Şura üzvləri, həmçinin Krallığın müxtəlif bölgələrində digər hava limanlarına və “Saudi Aramco” şirkətinin obyektlərinə endirilən “çoxsaylı zərbələri” qeyd ediblər. Onların bildirdiyinə görə, bu hücumlar mülki aviasiya və enerji infrastrukturunu hədəf alıb, mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olub.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью