Səudiyyə Ərəbistanı buna icazə verməyəcək KONKRET

15.01.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanı Tehrana öz ərazisinin və hava məkanının İran İslam Respublikasına hücumlar üçün istifadə olunmayacağına zəmanət verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Francs-Press” Agentliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanı hökumətinə və ordusuna yaxın mənbələrə görə, rəsmi Ər-Riyad İrana birbaşa məlumat verib ki, ona qarşı heç bir hərbi əməliyyatda iştirak etməyəcək və krallığın ərazisi və hava məkanı bu məqsədlər üçün istifadə olunmayacaq.

13 yanvarda “The Wall Street Journal” qəzeti Səudiyyə Ərəbistanı, Oman və Qətərin ABŞ-ı İrana hücum etməmək barədə xəbərdar etdiyini bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ müttəfiqləri və İranda olan vətəndaşları ölkəni dərhal tərk etməlidirlər.

(modern.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью