Səudiyyə Ərəbistanı görüş yeri olmağa razılıq verdi

15.02.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanı Donald Tramp və Vladimir Putin arasında keçiriləcək sammitə ev sahibliyi etməyə razılaşıb

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Krallıq Səudiyyə Ərəbistanında keçirilən sammiti alqışlayır və Rusiya ilə Ukrayna arasında davamlı sülhə nail olmaq üçün davamlı səylərini təsdiqləyir", - XİN-dən bildiriblər.

Qeyd edək ki, telefon danışığından sonra Putin görüşmək üçün Trampı Moskvaya dəvət etmişdi. Tramp isə görüş yeri üçün Səudiyyə Ərəbistanını təklif etmişdi. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью