Səudiyyə Ərəbistanı husilərin buraxdığı ballistik raketi zərərsizləşdirib

28.11.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Cizan vilayətinin Əş-Şuqayq şəhəri istiqamətində buraxılan ballistik raketi havada zərərsizləşdirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ər-Riyadın rəhbərlik etdiyi ərəb koalisiyasının rəsmi nümayəndəsi Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, raket ələ keçirildikdən sonra qalıqları yerə düşüb. Hadisə nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb.

Əl-Maliki vurğulayıb ki, mülki şəxslərə və obyektlərə qarşı istənilən hücum cəhdinə cavab veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью