Səudiyyə Ərəbistanı ilə Küveyt arasındakı neytral zonada neftlə zəngin yataq kəşf edilib

26.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Wafra Joint Operations" şirkəti Səudiyyə Ərəbistanı ilə Küveyt arasında yerləşən neytral zonada neftə zəngin yeni yataq kəşf edib.

Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi "Saudi Press" agentliyi (SPA) məlumat yayıb.

"Kəşf edilən neft yatağının iki ölkənin etibarlı qlobal enerji təchizatı statusuna, onların kəşfiyyat və hasilat imkanlarına müsbət təsirini nəzərə alaraq çox əhəmiyyətli hesab edilir", - deyə Küveyt şirkətinin açıqlamasında qeyd edilir.

Məlumat üçün əlavə edək ki, 5 700 kvadrat kilometrdən çox ərazini əhatə edən neytral zona Küveyt və Səudiyyə Ərəbistanı arasında 1922-ci ildə bağlanmış müqavilə əsasında yaradılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью