Səudiyyə Ərəbistanı klubu braziliyalı üçün 120 milyon ödəməyə hazırdır

21.05.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əl İttihad" rəhbərliyi "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayansı transfer etmək niyyətindədir. Sport24.az ESPN-ə istinadən xəbər verir ki, Səudiyyə klubu braziliyalı futbolçu üçün 120 milyon avro ödəməyə hazırdır.

Mənbənin sözlərinə görə, Gimaraynsın agenti Aleksis Malavolta ötən həftə Səudiyyə Ərəbistanında olub və "Əl-İttihad" rəhbərliyi ilə görüşüb.

Qeyd edək ki, futbolçu bu mövsüm 46 matçda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью