Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanı təmsilçiləri türkiyəli məşqçilərə maraq göstərməkdə davam edir.
''Football-plus.az'' xəbər verir ki, ''Əl-Şabab''ın Fatih Terimlə anlaşmasının ardından indi də bu ölkənin başqa klubu İsmayıl Kartala təklif irəli sürüb.
Söhbət ''Əl-Taavun''dan gedir. Kartal bilindiyi kimi ötən mövsüm ''Fənərbaxça''nın başında inanılmaz işlər görmüşdü.
Kartalın dönəmində ''Fənər'' bir sıra rekordları qurmasına və 99 xal toplamasına baxmayaraq çempion ola bilməmişdi.
Təcrübəli mütəxəssis ''Fənər''dən ayrıldıqdan bu yana bir sıra təkliflər alsa da, hələ ki, dincəlməyə üstünlük verir.
Türkiyə mətbuatının yazdığına görə ''Əl-Taavun'' Kartalı dilə tutmağa çalışır. Məşqçi düşünmək üçün vaxt istəyib.
Təklifin maddi tərəfləri barədə məlumat verilmir. 1959-cu ildə yaradılan ''Əl-Taavun'' indiyə qədər heç vaxt ölkə çempionu ola bilməyib.