Səudiyyə Ərəbistanı klubu Messi ilə danışıqlara başlayıb

07.07.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Lionel Messi ilə danışıqlara başlayıb.
"L'Equipe" xəbər verir ki, ərəb klubu argentinalı hücumçunun "İnter Mayami" (ABŞ) ilə müqaviləsinin müddəti bitdikdən sonra heyətə cəlb etmək niyyətindədir.
"Əl-Əhli" rəhbərliyi argentinalını bir neçə həftədir ki, razı salmağa çalışır. Tərəflər arasında maliyyə məsələsi ilə bağlı detallar açıqlanmayıb.
Qeyd edək ki, L.Messinin Amerika klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdir(Report)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью