Səudiyyə Ərəbistanı klubu Neymarla vidalaşa bilər

06.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçusu Neymarla yollarını ayıra bilər.

"Cebheinfo.az" "UOL" portalına istinadən xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun tez-tez zədələnməsidir.

2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədə alan və 1 il yaşıl meydanlardan kənar qalan Neymar yarım ay əvvəl formasını bərpa edib.

Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Əyn” kollektivi ilə matçda 77-ci dəqiqədə oyuna daxil olan 32 yaşlı "sambaçı" ayağında ağrılar hiss etdiyi üçün əvəzlənib.

"Əl-Hilal" rəhbərliyi Neymarın müqaviləsinə qarşılıqlı şəkildə xitam verməyi düşünür.

Qeyd edək ki, futbolçu ötən il "Əl-Hilal"a Fransanın PSJ kollektivindən transfer olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью