sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Əl-İttihad" transfer əməliyyatları üzrə texniki direktoru vəzifəsinə Yürgen Kloppu təyin etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Alman mütəxəssis kluba yalnız yeni mövsümün başlamasından sonra, "Red Bull" ilə müqaviləsi başa çatdıqdan sonra qoşula biləcəyini bildirib.
Yürgen Klopp 2024-cü ilin oktyabrından "Red Bul"l-un Qlobal Futbol üzrə rəhbəri vəzifəsində çalışır və "Red Bull"un komandalarına (Leypsiq, Zalsburq, Nyu-York) məşqçilik, oyun fəlsəfəsi, istedadların inkişafı və transferləri və digər məsələlər üzrə məsləhətçidir.
Qeyd edək ki, "Əl-İttihad" son mövsümdə Səudiyyə Ərəbistanı Pro Liqasında beşinci yeri tutub və gələn mövsüm Asiya Çempionlar Liqasına vəsiqə qazanıb.