Səudiyyə Ərəbistanı klubuna keçəcək

25.03.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Mançester Yunayted”in qapıçısı Andre Onana mövsümün sonunda komandasını tərk edəcək.

QOL.az “Sun"a istinadən xəbər verir ki, kamerunlu qolkiper bu yay Səudiyyə Ərəbistanına köçməyi planlaşdırır. Onunla bir neçə ərəb klubunun maraqlandığı bildirilir.

Daha əvvəl “qırmızı şeytanlar”ın 28 yaşlı qapıçını satmağa hazır olduğu haqda xəbərlər yayılıb. O, 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir.

Qeyd edək ki, Onana bu mövsüm "Mançester Yunayted"də bütün yarışlarda 40 oyun keçirib, 53 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью