Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası futbolçusu Malkomla müqaviləni ləğv etməyi planlaşdırır.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin klublararası dünya çempionatının 1/4 finalında Braziliyanın “Fluminense” klubuna məğlubiyyətdən (1:2) sonra azarkeşlərlə mübahisə etməsi səbəb olub.
Bundan əlavə, komandanın baş məşqçisi Simone İnzaqi də gələcək planlarına daxil olmayan braziliyalı oyunçunun komandadan göndərilməsini istəyir.
Qeyd edək ki, Braziliya millisinin heyətində 3 oyun keçirmiş Malkom 2023-cü ildən “Əl-Hilal”ın uğurları üçün çalışır.