Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana dost və müttəfiq ölkələrdən biridir Fatma Yıldırı…
Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlər xüsusi yer tutur.Ölkələrimizi qarşılıqlı hörmət və özünəməxsus qardaşlıq münasibətləri birləşdirir.
Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığını qovuşduran ümumi islam mirası və maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq və onlar arasında tam bir koordinasiyanın olması xalqlarımız üçün qürur qaynağıdır.
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana dost və müttəfiq ölkələrdən biridir.
Bunu “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Səudiyyə Ərəbistanı yerləşdiyi bölgədə, ümumiyyətlə, bütün Yaxın və Orta Şərqdə çox böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan bir dövlətdir.
Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Biz məmnunuq ki, iki ölkə arasında artıq bütün sahələrdə möhkəm dostluq əlaqələri qurulub.
Tam oxu
Xəbəri oxu