Səudiyyə Ərəbistanı Krallığı ilə bütün sahələrdə möhkəm dostluq əlaqələri qurulub Fatma Yı…
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycanın xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlər xüsusi yer tutur.
Ölkələrimizi qarşılıqlı hörmət və özünəməxsus qardaşlıq münasibətləri birləşdirir.
Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığını qovuşduran ümumi islam mirası və maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq və onlar arasında tam bir koordinasiyanın olması xalqlarımız üçün qürur qaynağıdır”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Səudiyyə Ərəbistan Krallığı Azərbaycana dost və müttəfiq ölkələrdən biridir: "Səudiyyə Ərəbistanı yerləşdiyi bölgədə, ümumiyyətlə, bütün Yaxın və Orta Şərqdə çox böyük siyasi və iqtisadi əhəmiyyətə malik olan bir dövlətdir.
Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Biz məmnunuq ki, iki ölkə arasında artıq bütün sahələrdə möhkəm dostluq əlaqələri qurulub".
Tam oxu
Xəbəri oxu