Səudiyyə Ərəbistanı Liqası: “Əl Hilal” səfərdə minimal hesablı qələbə qazanıb

15.03.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Fateh” və “Əl-Hilal” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Əl-Fateh Klub” stadionunda (Əl-Hofuf, Səudiyyə Ərəbistanı) qarşılaşıblar. Qonaq komanda oyunu 1:0 hesabı ilə qələbə qazanıb.

Matçın yeganə qolunu Sergey Milinkoviç-Saviç vurub. “Əl-Hilal”ın serbiyalı yarımmüdafiəçisi ikinci hissənin əvvəlində, 49-cu dəqiqədə vurub.

“Əl-Hilal” hazırda 26 oyunda 64 xal toplayaraq turnir cədvəlində ikinci yerdədir. 28 xalla “Əl-Fateh” 13-cüdür.
Növbəti turda “Əl-Hilal” “Əl-Taavun”la (4 aprel), “Əl-Fateh” isə “Əl-Ohdud”la (5 aprel) qarşılaşacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью