Səudiyyə Ərəbistanı mətbuatı: Bakıda qəbul ediləcək qərarlar iqlim dəyişikliyi ilə mübariz…
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya mətbuatının, o cümlədən Səudiyyə Ərəbistanının media qurumlarının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Krallığın Londonda nəşr olunan “Əş-Şərq Əl-Ausət” qəzetində “COP29-un müəyyən edilmiş Prezidenti: Biz ədalətli iqlim ambisiyaları və davamlı maliyyələşdirməni hədəfləyirik...
və Səudiyyə Ərəbistanının səylərini yüksək qiymətləndiririk” başlıqlı məqalə dərc olunub.
Məqalədə vurğulanıb ki, COP29-un Prezidenti Muxtar Babayev ambisiyaları artırmaq, 1,5 dərəcə hədəfinə nail olmaq və iqlim dəyişmələrinə qarşı fəaliyyətə imkan yaratmaq üçün konfransın aydın baxışa malik olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan rəsmisi Səudiyyə Ərəbistanının kritik iqlim problemlərinin həllində səylərini yüksək qiymətləndirib.
Qeyd olunub ki, Azərbaycan noyabrın 22-dək davam edəcək COP29 konfransına ev sahibliyi edir və burada əsas prioritet iqlimin maliyyələşdirilməsi üçün yeni hədəfin razılaşdırılması olacaq.
Səudiyyə Ərəbistanının nüfuzlu “Ər-Riyad” qəzeti isə oxucularını Almaniyanın xarici işlər naziri Annalena Berbokun açıqlamaları ilə tanış edib.
Tam oxu
Xəbəri oxu