Səudiyyə Ərəbistanı, Oman və Qətərdən İranla bağlı Trampa çağırış: Bunu etmə

14.01.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanı, Qətər, Oman ABŞ hakimiyyətindən Tehrana zərbə endirməkdən çəkinməyi xahiş edib.

Ölkə.az  xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ)  Fars körfəzi ölkələrinin rəsmilərinə istinadən  yazıb.

Nəşrin yazdığına görə, ABŞ-ın İrana hücumlara hazır olmaları barədə xəbərdarlıq etməsindən sonra ölkələr bu açıqlamanı Vaşinqtona veriblər.

WSJ-nin məlumatına görə, Səudiyyə Ərəbistanı, Oman və Qətər nümayəndələri Ağ Evə bildiriblər ki, İran rejimini devirmək cəhdi neft bazarlarını pozacaq və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcək. Ölkələr İrana edilən hücumların Hörmüz boğazından neft tankerlərinin hərəkətini poza biləcəyindən qorxurlar.

Nəşrin mənbələrinə görə, Səudiyyə Ərəbistanı rəsmiləri Tehrana potensial münaqişədə iştirak etməyəcəklərinə və ABŞ-ın İrana qarşı zərbələr endirmək üçün hava məkanından istifadə etməsinə icazə verməyəcəklərinə zəmanət veriblər.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью