Səudiyyə Ərəbistanı öz hava məkanı və ya ərazisindən İrana qarşı heç bir hücuma icazə verməyəcək

28.01.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman çərşənbə axşamı İran Prezidenti Məsud Pezeşkiana bildirib ki, Krallıq öz hava məkanından və ya ərazisindən İrana qarşı heç bir hərbi hücum üçün istifadə olunmasına icazə verməyəcək.

AZƏRTAC bu barədə “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir. Telekanal bildirir ki, ABŞ son həftələrdə rejimin ölkə miqyasında hökumət əleyhinə etirazları qəddarcasına yatırmasından sonra İranı hücum etməklə hədələyib. Prezident Donald Tramp, həmçinin potensial hücuma hazırlıq məqsədilə bölgəyə təyyarədaşıyan gəmi və əlavə hərbi aktivlərin yerləşdirilməsini əmr edib.

Çərşənbə axşamı Məsud Pezeşkianın təşəbbüsü ilə aparılan telefon danışığı zamanı İran Prezidenti ölkədəki son hadisələr, eləcə də nüvə proqramı ilə bağlı danışıqlarda vəziyyətlə bağlı Səudiyyə vəliəhdin məlumat verib.

Yayılan rəsmi məlumatda deyilir: “Vəliəhd, öz növbəsində, telefon danışığı əsnasında Krallığın İran İslam Respublikasının suverenliyinə hörmətlə yanaşmaq mövqeyini vurğulayıb və Səudiyyə Ərəbistanının İrana qarşı heç bir hərbi əməliyyatda və ya təyinat yerindən asılı olmayaraq istənilən tərəfdən hücumlarda öz hava məkanından və ya ərazisindən istifadəsinə icazə verməyəcəyini bildirib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью