Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

06.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Hörmüz boğazından istifadə etmədən beynəlxalq bazara neft göndərdiyi Şərq-Qərb Boru Kəmərinin (“Petroline”) ötürücülük gücünü gündəlik 5,8 milyon barelə çatdırıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Əbdüləziz bin Salman deyib.

Qeyd edək ki, boru kəməri sentyabrın 10-11-də dronlar tərəfindən hədəfə alınıb və nəticədə təxminən 11 gün bağlı qalıb.

“Petroline” Səudiyyə Ərəbistanının ən vacib xam neft nəqli xətlərindən biridir. Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” tərəfindən idarə olunan boru kəməri ölkənin şərqindəki Abqaiq bölgəsindən Qırmızı dəniz sahilindəki Yanbu limnına qədər təxminən 1200 kilometr uzanır. Boru kəməri Səudiyyə Ərəbistanına Hörmüz boğazından keçmədən neft nəql etmək üçün Qırmızı dənizə alternativ quru yolu təqdim edir.

Kəmərin ötürücülük gücü gündəlik təxminən 7 milyon barel olaraq qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью