Səudiyyə Ərəbistanı Real ın futbolçusunun transferi üzərində işləməyə davam edir

24.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondunun (PIF) nümayəndələri “Real”ın(Madrid) vingeri Vinisius Juniorla maraqlanmağa davam edir və keçən ay onun agentləri ilə əlaqə saxlayıblar.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 2024-cü ilin yayında rəsmi təklif gəlməsə də, Vinisius həmin vaxtı danışıqlardan imtina etməmişdi. 

Dekabrda isə PIF və Vinisiusun təmsilçiləri yenidən danışıqları bərpa edib. Konkret təklif verilməyib. Amma ərəblər Vinisiusun Səudiyyə Ərəbistanı klublarından birinə keçməsi üçün çalışır. 24 yaşlı futbolçunun "Əl-Hilal", "Əl-Əhli" və "Əl-ittihad" klublarından birinə transfer ola bilər. 

Vinisiusun “Real”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Onun “transfermarkt”da bazar dəyəri 200 milyon avrodur.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью