Səudiyyə Ərəbistanı Rusiya və Çini ittiham etdi

20.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ər-Riyad ilə Moskva və Pekin arasında hərbi-siyasi müstəvidə gözlənilməz gərginlik yaranıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Rusiya və Çini Yəməndəki Husilər qruplaşmasına müxtəlif növ hərbi texnologiyalar, raket hissələri və kəşfiyyat məlumatları ötürməkdə rəsmən ittiham edib.

“Yeni Sabah” xəbər verir ki, aparılan araşdırmalar və əldə olunan son kəşfiyyat məlumatları Husilərin istifadə etdiyi bəzi pilotsuz uçuş aparatları (PUA) və raket texnologiyalarında Rusiya və Çin mənşəli komponentlərin olduğunu üzə çıxarıb. Təşkilatın Qırmızı dənizdə və regionda həyata keçirdiyi hücumların dəqiqliyinin artmasında bu kəşfiyyat və texniki dəstəyin mühüm rol oynadığı vurğulanıb.

Ər-Riyad tərəfindən ilk dəfə bu dərəcədə sərt şəkildə səsləndirilən ittiham Qırmızı dənizdəki naviqasiya təhlükəsizliyi və Yəmən böhranı fonunda Yaxın Şərqdəki geopolitik balansı daha da mürəkkəbləşdirib. Moskva və Pekin tərəflərinin rəsmi xəbərdarlığa necə cavab verəcəyi beynəlxalq ictimaiyyət tərəfindən maraqla gözlənilir.  pizza sifarişi

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью