Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 2 noyabr, AZƏRTAC
Körfəzdə Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında hərəkət edən tankerə naməlum sursatlar dəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə Səudiyyə Ərəbistanının Ras əl-Xəfci şəhərindən təxminən 72 dəniz mili şərqdə baş verib. İki naməlum sursat tankerin sol bortuna dəyib.
Məlumata görə, gəminin bütün heyət üzvləri təhlükəsizdir. Ətraf mühitə ziyan dəyməsi barədə məlumat daxil olmayıb.