Səudiyyə Ərəbistanı təmsilçisi Fənərbağçanın hücumçusunu heyətinə qatmaq istəyir

29.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Türkiyənin "Fənərbağça" klubunun hücumçusu Yussef En-Neserini heyətinə qatmaq istəyir.

"Report" Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verir ki, asiyalılar gələn həftə mərakeşli futbolçu üçün Türkiyəyə səfər etməyi planlaşdırır.

"Sarı-lacıvərdlilər" 27 yaşlı forvard üçün 40 milyon avro tələb edəcək. Keçid baş tutarsa, bu, Superliqa tarixində ən bahalı transfer olacaq.

Qeyd edək ki, Yussef En-Neseri cari mövsüm "Fənərbağça"nın heyətində 24 qarşılaşmada meydana çıxıb və 9 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью