Səudiyyə Ərəbistanı türk dövlətinə yarım milyardlıq şahin hədiyyə etdi VİDEO

30.03.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanının "Saudi Falcons Club" təşkilatı Qazaxıstanın "Altyn-Emel National" Park ərazisində qeyri-adi ekoloji aksiya həyata keçirib.

Ölkə.Az-ın Orda.kz-a istinadən məlumatına görə, beynəlxalq “Hadd” proqramı çərçivəsində nəsli kəsilməkdə olan 34 ədəd balaban şahini vəhşi təbiətə buraxılıb. Layihənin ümumi dəyəri təxminən yarım milyard tenge təşkil edir.

Məqsəd nadir yırtıcı quşların populyasiyasını bərpa etməkdir. Bildirilir ki, hər bir quş xüsusi şəraitdə yetişdirilib və təbiətdə yaşamağa uyğunlaşdırılıb.

Təşkilatçılar qeyd edirlər ki, proqram tələsik həyata keçirilmir və əsas məqsəd quşların sadəcə uçması deyil, vəhşi təbiətdə sağ qalmasıdır.

Digər şahinlərin isə mərhələli şəkildə uyğunlaşdırılıb təbiətə buraxılması planlaşdırılır. Layihə rəhbərliyi quşlara həssas yanaşmanın vacibliyini vurğulayır.

Qazaxıstan tərəfi isə bu təşəbbüsün ekosistemin qorunması baxımından əhəmiyyətli olduğunu bildirir. Səudiyyə tərəfi xüsusilə Jeti-su bölgəsində bu nadir növün qorunub saxlanılması üçün böyük potensial görür.

“Hadd” proqramının 2026–2028-ci illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью