Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri İrana səfər planlaşdırırlar

26.10.2026

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Üç ölkənin nümayəndələri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşəcəklər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri İrana səfər etməyi planlaşdırırlar. AYNA.AZ-ın IRIB-ə istinadən məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqiri bildirib.

Baqiri deyib ki, sözügedən rəsmilər Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistanın ordu rəisi Asim Munir və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalındır.

Baqiri bildirib ki, səfər zamanı üç ölkənin nümayəndələri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşəcəklər.

O, qarşıdan gələn səfərin vaxtını dəqiqləşdirməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью