Səudiyyə Ərəbistanı və Qətər Suriyada dövlət sektorunu dəstəkləmək üçün maliyyə ayırıb

25.09.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 25 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı və Qətər Suriyada dövlət sektorunda çalışanlara üç ay müddətinə dəstək göstərmək üçün ümumi dəyəri 89 milyon ABŞ dolları olan birgə maliyyə yardımı təqdim ediblər.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu addım xalq üçün əsas xidmətlərin davamlılığını təmin etmək və büdcə ayırmalarını artırmaq, eləcə də yaşayış imkanlarını və iqtisadiyyatın bərpasını möhkəmləndirmək məqsədi daşıyır.

Layihə BMT İnkişaf Proqramı ilə əlaqələndirilərək icra ediləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью