Səudiyyə Ərəbistanına aid tanker hücuma məruz qalıb

24.08.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının "Bahri" Milli Gəmiçilik Şirkəti Qırmızı dənizdə ona məxsus "Amran" tankerinə hücum edildiyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında qeyd olunub.

Məlumata görə, bütün heyət üzvləri təhlükəsizlikdədir, yaralanan yoxdur.

"Bahri" gəmi ilə əlaqəni davam etdirir, səlahiyyətli qurumlar və dənizçilik sektorunun digər iştirakçıları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərərək vəziyyətin inkişafını izləyir.

Şirkətdən vurğulanıb ki, heyətin təhlükəsizliyi, dəniz mühitinin qorunması və gəminin təhlükəsiz istismarı onun əsas prioritetləridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью